ABŞ Ukraynanın NATO-ya üzvlüyünə dair mümkün vəziyyət görmür.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts deyib.
“Mən ABŞ-ın Ukraynanı NATO-ya üzv etməsi və ora qoşun göndərməsi ilə bağlı hər hansı bir mümkün vəziyyət görmürəm”, – Uolts bildirib.
Onun sözlərinə görə, ABŞ alyansa və onun üzvləri ilə bağlı nizamnamələrə sadiqdir, lakin Ukraynanın təhlükəsizliyi məsələsi bura daxil deyil, tamamilə başqa mövzudur.
Aysel Əliyeva
Globalinfo.az