Avropaya ABŞ-dan “əsl müstəqillik” qazanmağa kömək edəcəm.

Globalinfo.az xəbər verir ki, bunu fevralın 23-də Xristian Demokrat İttifaqından Almaniya kansleri seçilən Fridrix Mertz deyib.

O, NATO-nun gələcəyi ilə bağlı şübhələrinin olduğunu bildirib:

“Tramp administrasiyası bir çox məsələlərdə Avropanın taleyinə biganə qalır. Mümkün qədər tez Avropanın güclənməsinə töhfə verməliyik. Mənim indi mütləq prioritetim bölgədə birliyə nail olmaqdır”.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Almaniyada keçirilən seçkilərdə  Xristian İttifaqı (CDU/CSU) partiyalarının qələbə çalmasını alqışlayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: