A7NKFYMDZRK6ZNI4ZSWADKHWMQ 900x600 1

“Moskva Ukrayna ilə bağlı danışıqlar aparmağa hazırdır, amma döyüş fəaliyyətləri Rusiyanı qane edəcək halda dayandırılacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Biz Ukrayna və Avropanın istənilən nümayəndəsi ilə sülhə çatmağa kömək edəcək danışıqlara hazırıq, amma döyüş fəaliyyətlərini bu danışıqlar Rusiyanı qane edən qəti nəticələr verəcəyi halda dayandıracağıq”, – deyə bildirib.

O, Rusiyanın Ər-Riyadda keçirilən ABŞ-Rusiya görüşü ilə bağlı Türkiyənin ətraflı məlumatlandırıldığını söyləyib:

“Ukrayna məsələsinin nizamlanması ilə bağlı ölkələrin mövqelərində realizm var. İndi Ukraynanın NATO-ya üzv olmaması ideyasını möhkəmləndirməlidirlər”.

Qeyd edək ki, Rusiya bundan öncə Ukrayna ilə danışıqlara yalnız Zelenskinin istefasından, eləcə də onun Rusiya ilə danışıqlar aparılmasını qadağan edən qanunu ləğv etməsindən sonra başlayacağını açıqlamışdı. ABŞ isə Zelenskini müharibəni bitirməməkdə ittiham etmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: