Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, soyuq dövrün ən aşağı temperaturu fevralın 24-ü axşamdan 25-i səhərədək gözlənilir.
Xidmətdən Globalinfo.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu 5-8, Aran rayonlarında 4-9, dağlıq rayonlarda 13-18, yüksək dağlıq ərazilərdə 20-25 dərəcə şaxta olacaq.
Yollar buz bağlayacaq.
***
Avtomobil yollarında vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Globalinfo.az-a verilən xəbərə görə, fevralın 24-də ölkə ərazisində qeyri-sabit, şaxtalı və qarlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 100-500 metrədək məhdudlaşacağı ehtimalı var.
Bəzi yerlərdə yollar buz bağlayacaq!