Almaniyada parlament seçkilərinin nəticəsi açıqlanıb və yeni kansler Xristian-Demokratik İttifaqından namizəd Fridrix Mertz olub.
Globalinfo.az xəbər verir ki, Almaniyanın hazırkı kansleri Olaf Şolts seçkidə məğlubiyyətini etiraf edib və rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb.
“Yaşıllar” istisna olmaqla, digər partiyalar da qalib siyasi qüvvəni təbrik ediblər.
“Yaşıllar”ın lideri Fransiska Bratner F. Mertzi tənqid edərək “Bizə bölücü kansler lazım deyil. Bu cür gərgin geosiyasi vəziyyətdə bizim birləşdirici kanslerə ehtiyacımız var”, – deyə bildirib.
Qeyd edək ki, Sosial Demokrat Partiyası seçkidə son 135 ilin ən aşağı nəticəsini göstərərək cəmi 16 faiz səs qazana bilib.
Buna görə də, nəticəni Olaf Şolts hazırkı hakim partiya üçün faciə kimi dəyərləndirib.
Yaşıllar partiyası 12,4, Sol Partiya 8,8, Azad Demokrat Partiyası (FDP) və Sahra Vaqenknext İttifaqı (BSW) 5 faiz səs yığıb.
***12:50
Almaniyada parlament seçkilərinə start verilib.
Globalinfo.az xəbər verir ki, ölkədə seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb.
Kansler postu uğrunda mübarizədə dörd namizəd var:
– Almaniya Nazirlər Kabinetinin hazırkı rəhbəri, CDU/CSU müxalifət koalisiyasının lideri Olaf Şolts;
– Yaşıllar Partiyasının nümayəndəsi Robert Habek
– Sağçı Almaniya üçün Alternativ Partiyasının liderlərindən Elis Vaydel.
– Xristian-Demokratik İttifaqından namizəd Fridrix Mertz.
Keçirilən son sorğulara görə, Fridrix Mertzin lideri olduğu Xristian-Demokratik İttifaqı səslərin 30 faizini əldə edəcək.
Safura Bənnayeva
Globalinfo.az