67ba0a5979ce067ba0a5979ce1174024559367ba0a5979cde67ba0a5979cdf

İntihara təşəbbüs edən gənc şair Həsən Kürün vəziyyəti ağırdır.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

“22.02.2025-ci il tarixində saat 19:10 radələrində 1996-cı il təvəllüdlü (kişi cinsli) şəxs müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır”, – məlumatda deyilir.

**

21:38

Gənc şair Həsən Kür intihara cəhd edib. 

Globalinfo.az Lent.az-a istinadla xəbər verir ki, hadisə bu gün Sabunçu rayonunda yerləşən “Sevinc Mall” ticarət mərkəzində qeydə alınıb.

O, özünü ticarət mərkəzinin 3-cü mərtəbəsindən atıb. Gənc şair ağır vəziyyətdə Sabunçu xəstəxanasına çatdırılıb, reanimasiyaya yerləşdirilib.

İlkin məlumata görə, Həsən Kür maddi problemlərə görə özünü öldürmək istəyib.

Faktla bağlı araşdırma aparılır.

IMG 4828

 

Paylaş: