Xətai rəhbərliyi sakinlərlə görüşdü: bu problemlər həll edildi, digərləri isə… – FOTOLAR

Xətai rəhbərliyi sakinlərlə görüşdü: bu problemlər həll edildi, digərləri isə... - FOTOLAR

Fevralın 21-də 194 saylı tam orta məktəbdə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Pərvanə Vəliyeva, rayon prokuroru Sərdar İmanov, hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbər işçiləri iştirak ediblər.

Globalinfo.az xəbər verir ki, icra başçısı çıxışında ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verib. İcra başçısı qeyd edib ki, hazırda Azərbaycan inkişafının ən möhtəşəm dövrünü yaşayır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz qazandığı Qarabağ Zəfəri ilə güclü və qüdrətli dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi. Müharibənin başa çatmasından sonra erməni işğalından azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması qarşıda dayanan başlıca vəzifələrdəndir. Bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Bölgənin dirçəldilməsi ümumilikdə ölkəmizin inkişafına və insanların rifah halının daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcək. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərinin böyük sürətlə davam etdiyini deyən icra başçısı qeyd edib ki, qarşıdakı dövrdə Böyük Qayıdış Proqramının tam icra olunması, ordumuzun daha da gücləndirilməsi əsas vəzifələr sırasındadır. Prezident İlham Əliyev bu istiqamətdə uğurlu siyasət həyata keçirir. Bizim vəzifəmiz görülən işlərə, inkişaf siyasətinə dəstək olmaqdır.

Daha sonra səyyar qəbulda sakinlərin arzu və təkliflər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb, aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb. Sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri də yüksək qiymətləndiriblər, ölkə Prezidenti və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu xoş sözlər ifadə ediblər.

Bir ‎7 nəfər, Oval kabinet, platforma, xəbər otağı və ‎bunu deyən yazı "‎ULƯÖNDOR YOLU ج kıtamedia‎"‎‎ şəkili ola bilərBir 13 nəfər, işıqlandırma, televiziya, kütlə və bunu deyən yazı "ULJÖNDRYOLU ULU ÖNDAR YOLU -aho maho bl Ritamedia" şəkili ola bilərBir 10 nəfər şəkili ola bilərBir 8 nəfər şəkili ola bilərBir 6 nəfər və dərs oxuyan insanlar şəkili ola bilərBir 3 nəfər, xəbər otağı və mətn şəkili ola bilərBir 4 nəfər və dərs oxuyan insanlar şəkili ola bilər

Globalinfo.az