Screenshot 669

Rusiyanın paytaxtı Moskvada S.A.Lebedev adına Dəqiq Mexanika və Hesablama Mühəndisliyi İnstitutunun binası yanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, yanğının ümumi sahəsi 1500 kvadratmetrdir.

“Yanğın sahəsi böyüməkdə davam edir. Binanın bir hissəsi uçub. İnstitutun ərazisində saxlanılan helium silindrlərinin partlama təhlükəsi var. Hadisə yerində bir neçə yanğınsöndürmə briqadası işləyir. Yanğınsöndürən təyyarələr də uçuşa hazırlaşır” – məlumatda qeyd edilib.

Paylaş: