ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini “diktator” adlandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında paylaşım edib.
“Bu barədə düşünün, təvazökar komediya ustası Volodimir Zelenski heç vaxt başlamamalı olan, heç vaxt uda bilməyəcəyi, ABŞ və Tramp olmadan tənzimləyə bilməyəcəyi bir müharibəyə davam gətirmək üçün ABŞ-ı 350 milyard dollar xərcləməyə razı salıb. ABŞ Avropadan 200 milyard dollar daha çox xərc çəkib, halbuki Avropanın xərcləri sığortalanıb, ABŞ isə əvəzində heç nə qazanmayacaq. Madam ki, bu müharibə Avropaya bizdən daha çox lazım idi, “yatmış” Bayden niyə bərabərlik tələb etmədi? Bizim aramızda böyük və gözəl bir okean var. Üstəgəl, Zelenski etiraf edir ki, bizim ona göndərdiyimiz pulların yarısı “itib”. O, seçki keçirməkdən imtina edir, çünki Ukraynadakı sorğularda aşağı reytinqə sahibdir. Onun uğurlu olduğu tək iş Baydenlə “skripkada ifa etmək kimi” oynamaq olub. Seçkisiz diktator Zelenski cəld tərpənməlidir, əks halda əlində bir dövlət qalmayacaq. Biz də eyni zamanda Rusiya ilə müharibənin dayuandırılması üçün danışıqlar aparırıq. Hər kəsin diqqətinə çatdırırıq ki, bunu da yalnız Tramp və onun administrasiyası edə bilər. Bayden heç vaxt buna cəhd etməyib, Avropa bölgəyə sülh gətirməyib, Zelenski isə “çörək ağacını” saxlamaq niyyətindədir. Mən Ukraynanı sevirəm, lakin Zelenski yanlış iş gördü. Onun ölkəsi dağılıb və milyonlarla insan hədər yerə həlak olub – və beləcə davam edir…”, – Tramp qeyd edib.
**
20:05
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini “diktator” adlandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Truth Social” məlumat yayıb.
İddia olunur ki, Tramp Zelenskinin Ukraynada seçkilərin keçirilməsinə etirazına görə hiddətlənib və onun ünvanına bu ifadəni işlədib.
Aysel Əliyeva