Yaxın 2-3 ay ərzində Rusiya və ABŞ arasında iqtisadi məsələlərlə bağlı danışıqlarda irəliləyiş mümkündür.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev deyib.
Ər-Riyadda Rusiya-ABŞ danışıqlarında iştirak edən Dmitriyev təfərrüatları açıqlaya bilməyəcəyini vurğulayıb:
“Onu deyə bilərəm ki, iqtisadi sahədə mühüm yolumuz var. Təbii ki, burada siyasi məsələ də müzakirə obyektidir. Amma mən bununla məşğul olmuram. Həmkarlarımızı düşündürən bir sıra təkliflərimiz mövcuddur”.
Əliyar Xəlil
Globalinfo.az