Zakir Qaralovun vəfat edən qardaşı barədə YENİ MƏLUMAT – FOTO

Zakir Qaralovun vəfat edən qardaşı barədə YENİ MƏLUMAT – FOTO

Yanvarın 2-də Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Başkeçid rayonunda (Dmanisi) vəfat edən sabiq baş prokuror Zakir Qaralovun qardaşı Teymur Qaralovla bağlı bəzi məlumatlar üzə çıxıb.

Globalinfo.az bildirir ki, uzun müddət Bakıda memar kimi çalışmış T.Qaralov daha sonra biznes fəaliyyəti ilə məşğul olub. O, bir müddət əvvəl Azərbaycandan Gürcüstana gedib və orada sahibkarlıq fəaliyyəti göstərib.

69 yaşında vəfat edən T.Qaralov yanvarın 3-də doğulduğu kənddə dəfn edilib. Zakir Qaralov qardaşının dəfnində iştirak etmək üçün Gürcüstana gedib.

Allah rəhmət eləsin.

Mərhumun fotosunu təqdim edirik:

Zakir Qaralovun vəfat edən qardaşı barədə YENİ MƏLUMAT – FOTO

Malik
Globalinfo.az