Yeni plan: 30 min hərbçi Ukraynaya girir – Rusiya hücum edən an…

Yeni plan: 30 min hərbçi Ukraynaya girir - Rusiya hücum edən an...

Avropa Ukraynada 25-30 min hərbçi yerləşdirə bilər, lakin onlar təmas xəttində olmayacaqlar.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Nəşrin məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqı liderləri ilə “Ukraynaya dəstək məsələsində konkret planlar təyin etmək və mümkün hərbçi yerləşdirmək barədə konsensusa nail olmaq” üçün Parisdə görüş keçirir.

“Avropa planının son versiyası 20-30 min hərbçidən ibarət briqadanın yerləşdirilməsini nəzərdə tutur. Həmin qüvvələr təmas xəttində yerləşdirilməyəcək, lakin Rusiya müharibəni bərpa etmək istədiyi an güclərini nümayiş etdirəcəklər”, – qəzet mənbələrə istinadən yazır.

Aysel Əliyeva
Globalinfo.az