Tayvanın milyardlıq hərbi texnika istəyi: ABŞ-ın cavabı nə olacaq?

Tayvanın milyardlıq hərbi texnika istəyi: ABŞ-ın cavabı nə olacaq?

Tayvan ABŞ-dan milyardlarla dollar həcmində silah almaq istəyir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Çinin adaya təzyiqlərinin artması fonunda Tayvan Tramp administrasiyasından bu istəyə müsbət cavab alacağına ümid edir.

Mənbənin məlumatına görə, Tayvan bununla bağlı Vaşinqtonla danışıqlar aparır. İstəklər arasında sahil mühafizəsi üçün qanadlı raketlər və “HIMARS” də yer alıb.

ABŞ-ın milli təhlükəsizlik üzrə məsləhətçisi Mayk Uols Tayvana silah tədarükünü tezləşdirmək istədiklərini açıqlayıb.

Aysel Əliyeva
Globalinfo.az