Almaniya Ukraynaya hərbi yardım göndərdi – Siyahı

Almaniya Ukraynaya hərbi yardım göndərdi - Siyahı

Almaniya Kiyevə yeni hərbi yardım göndərib.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi saytında məlumat yayılıb.

Qeyd olunur ki, yeni hərbi yardım paketinə 56 zirehli maşın, müxtəlif raketlər, 300 zərbə PUA-ları və digər hərbi avadanlıqlar daxildir.

Bundan başqa, göndərilən yardım arasında “Leopard” tankları və “Marder” piyada döyüş maşınları üçün mərmilər, “Gepard” özüyeriyən silahlar üçün 41 min döyüş sursatı, 4 ədəd “Zuzana 2” özüyeriyən artilleriya qurğusu, 50 min ədəd 155 mm çaplı artilleriya mərmisi, 2 min 12 mm çaplı top mərmisi də yer alıb. Həmçinin bir sıra hərbi texnika üçün ehtiyat hissələri da yardım paketinə daxil edilib.

Qeyd edək ki, Almaniya ABŞ-dan sonra Ukraynaya ən böyük həcmdə hərbi yardım göstərən ikinci ölkədir.

Aysel Əliyeva
Globalinfo.az