Zelenski Ərdogan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun məlumat yayıb. O, görüşün fevralın 18-də baş tutacağını deyib.

“Burada Türkiyə-Ukrayna strateji tərəfdaşlıq əlaqələrinin bütün aspektləri nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq”, – F.Altun sosial media hesabında qeyd edib.

Onun sözlərinə görə, səfər zamanı həmçinin Ukraynadakı son hadisələr, digər regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılacaq.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: