WhatsApp Image 2024 05 03 at 12.51.07

“Meğri dəhlizi” (90-cı illərin sonunda Qobl planı əsasında yaranan termin – red.) mövzusunun gündəmə gətirilməsinin səbəbi var”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deyib.

Onun sözlərinə görə, Ermənistanın hazırkı hökuməti Azərbaycana dəhliz məsələsində güzəştə hazırlaşır.

Bundan başqa, Köçəryan KTMT ilə Ermənistan arasında gərginliyin günahkarının rəsmi İrəvan olduğunu bildirib:

“Paşinyan deyirdi ki, heç kim 9 ay qarın altında qalan dağlar üçün döyüşməyəcək. Əgər kimsə düşünürsə ki, başqaları gəlib onun torpaqları üçün döyüşəcək, bilsin ki, bu belə deyil”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: