Paşinyanın o sözləri müharibəyə çağırış idi – Köçəryan

Paşinyanın o sözləri müharibəyə çağırış idi - Köçəryan

“Qarabağın təslim edilməsi iki mərhələdə baş verdi. Birincisi, 2018-2020-ci illərdə oldu. İkinci proses isə 2020-ci ildə başladı və 2023-cü ilə qədər davam etdi”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan fevralın 17-də keçirdiyi mətbuat konfransında deyib.

O, Baş nazir Nikol Paşinyanın bir çox səhvlərə yol verdiyini bildirib:

“Paşinyan 2019-cu ildə ATƏT-in Minsk qrupunun təkliflərinə məhəl qoymadı və Azərbaycanla danışıqların sıfırdan başladığını elan etdi. Yəni həmsədrlərə dedi ki, “siz kimsiniz?!” Sonra “artsax Ermənistandır və nöqtə” ifadəsini işlətdi. Bu, mahiyyət etibarı ilə müharibəyə çağırış idi. 2018-ci ildən 2020-ci ilə qədər Ermənistan lideri (Paşinyan – red.) özünü “Qafqaz Rembosu” kimi təsəvvür edirdi və düşünürdü ki, nə istəsə, edə bilər.

İkinci kobud səhvi isə 2022-ci ildə Praqada Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasını təsdiqləmək idi. Bu, Rusiyanın Ukrayna cəbhəsində uğursuzluq yaşadığı bir zamanda baş verdi. İrəvan hökuməti Moskvanın məğlubiyyətə doğru getdiyini düşündü. Bu qərar Rusiyanın vasitəçilik mandatını ləğv etdi”.

Ayşən Mustafa
Globalinfo.az