Gəlinin üzərinə partlayıcı maddə atmaqla ona xəsarət yetirən şəxs Goranboy rayonu Tapqaraqoyunlu kəndi ərazisində çobanlıq edib.

Globalinfo.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, ehtimal olunur ki, həmin partlayıcı maddə müharibə qalıqları ilə çirklənmiş və təmizlənməyən yerdən tapılıb.

Hazırda hüquq-mühafizə orqanları cinayət əməlində şübhəli bilinən şəxsin dindirilməsini həyata keçirir.

***17:40

Goranboyda qumbara partlayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

Qarasüleymanlı kəndində yaşayan 1957-ci il təvəllüdlü Namazov Zakir Mayıl oğlu gəlini 1986-cı il təvəllüdlü Aslanova Vəfa Şükür qızı ilə ailə münaqişəsi zəminində mübahisə edib və ona doğru əl qumbarasını atıb.

Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirib, vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.

Zakir İsmayılov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

67b1f9683265f67b1f96832660173971696867b1f9683265d67b1f9683265e 67b1f968449cf67b1f968449d0173971696867b1f968449cd67b1f968449ce 67b1f9683c45967b1f9683c45a173971696867b1f9683c45667b1f9683c458

Paylaş: