Rusiyanın 7 hava limanında “Xalça” planı tətbiq olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Məhdudiyyətlərin Həştərxan, Vladiqafqaz, Volqoqrad, Qroznı, Kaluqa, Saratov və Ulyanovsk hava limanlarında tətbiq olunduğu bildirilib.
“Bu, mülki aviasiya üçün mümkün təhlükələrlə əlaqədar müdafiənin artırılması zərurətinə cavab idi”, – qurum qeyd edib.
Xatırladaq ki, gecə ərzində Rusiya Ukraynaya məxsus 40 PUA-nı vurub.