Keyt Kelloq

“Ukrayna və Rusiya prezidentləri birbaşa danışıqlar aparmalıdırlar”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kit Kelloq deyib.

Onun sözlərinə görə, hər iki tərəf müəyyən güzəştlərə hazır olmalıdır. Kelloq bildirib ki, Kremlin Ukrayna prezidentinin qeyri-legitimliyi ilə bağlı bəyanatı buna mane olmayacaq:

“Onlar danışmalıdırlar. Hər iki tərəf nəyisə güzəştə getməlidir”.

Kelloq həmçinin Donald Trampın yalnız Putinlə danışıqlar aparmağı planlaşdırması haqqında deyilənlərin əsassız olduğunu bildirib:

“Biz dərk edirik ki, üç tərəf də bir-biri ilə danışmalıdır. Xüsusilə rusiyalılar və ukraynalılar bir masa arxasına əyləşib danışmalıdırlar”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: