“Cəzaları, cərimələri artıranda deyilir ki, vətəndaşları qanunvericiliyə hörmət ruhunda tərbiyə etmək üçündür”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.
“Cəzanın ən yüksək həddi 2 ilə qədər azadlıqdan məhrum etməkdir. Burada heç bir dəyişiklik yoxdur. Küçəyə siqaret kötüyü atan vətəndaş 500 manat məbləğində cərimə olunursa, niyə bu qədər ciddi qanun pozuntularına görə yüngül cəza tədbirləri nəzərdə tutulub? Ağırlaşdırılmış halda 4 il müddətində azadlıqdan məhrum edilmədir. Bu sanksiya sistemində düzəlişlərə ehtiyac var”.
Safura Bənnayeva
Globalinfo.az