ABŞ qoşunları Ukrayna ərazisinə göndərilə bilər.
Globalinfo.az xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens bu ssenarinin nəzərdən keçirildiyini deyib.
O, çıxışı zamanı Rusiyanı hədələyib:
“Moskva münaqişəni sülh yolu ilə həll etməkdən imtina etsə, iqtisadi və hərbi təsir rıçaqlardan istifadə edə bilərik. Amma Tramp administrasiyası Rusiya Prezidenti Vladimir Putini döyüş meydanında deyil, danışıqlar masasında daha çox şeyə nail ola biləcəyinə inandırmaq istəyir”.
Vens qeyd edib ki, hazırda Ukrayna üçün təhlükəsizlik təminatları və konkret ərazi dəyişiklikləri barədə danışmaq tezdir:
“Bu, sülh danışıqlarından asılıdır. Bir çox forma və konfiqurasiya var. Düşünürəm ki, bir çox insanı şoka salacaq sövdələşmə olacaq”.
Əliyar Xəlil
Globalinfo.az