4650952e b668 3be7 9a0c 49e35c7f897c 850

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Moskvanın Vnukovo hava limanına eniş edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Flightradar” məlumat yayıb.

Görüntülərdə hökumətə məxsus Gulfstream C-37B təyyarəsinin Vnukovo üzərində eniş üçün yaxınlaşdığı görünür.

Qeyd edilib ki, təyyarədə ABŞ Prezidenti Donald Tramp tərəfindən əfv edilən Rusiya vətəndaşı Aleksandr Vinnikin olduğu güman edilir.

Əlavə məlumat verilməyib.

Xatırladaq ki, Vinnik 2017-ci il iyulun 25-də ABŞ-ın tələbi ilə həbs edilmişdi. Həmin vaxt o, Yunanıstanda tətildə olub. FTB bildirib ki, rusiyalı 2010-2011-ci illərdə “BTC-E” vasitəsilə 4 milyard dollardan çox pul yuyulan cinayətkar təşkilatın liderlərindən biri olub. Vinnik özü ittihamları rədd etmişdi.

Paylaş: