Bizi qorxudurlar ki… – İran Prezidenti

Bizi qorxudurlar ki… – İran Prezidenti

Bizi nüvə mərkəzlərini vurmaqla qorxudurlar.

Globalinfo.az İRNA-ya istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

İsrailin İrandakı nüvə mərkəzlərini vuracağı barədə açıqlamalarına cavab verən prezident qeyd edib:

“Bizi nüvə mərkəzlərini vurmaqla qorxudurlar. Gəlin vurun. Oranı bizim insanlarımız inşa edib. Mərkəzin 100-nü vursanız, onlar min dənəsini inşa edər. Binaları məhv edə bilərsiniz, amma onları tikən beyinlər orada olduqca heç bir şey edə bilməzsiniz”.

Xatırladaq ki, daha əvvəl ABŞ mediasında yaxın aylarda İsrailin İranın nüvə mərkəzlərini vura biləcəyi ehtimalına eyham vurulmuşdu.

Aysel Əliyeva
Globalinfo.az