qaya

Kəlbəcər rayonunda bədbəxt hadisə nəticəsində həyatını itirən 4-cü kurs tələbəsi Elvin Salmanovun ölümünün təfərrüatı məlum olub.  

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ailəsi ilə birlikdə Goranboy rayonunun Qaraçinar kəndində məskunlaşan E. Salmanov əslən Kəlbəcər rayonunun Keşdək kəndindəndir. Kəlbəcərə getməsinin səbəbi də ata-baba yurdunu ziyarət etməsi olub.

O, kəndi ziyarət etdikdən sonra rayon mərkəzinə gedib. Hadisə də məhz orada baş verib. E.Salmanov hündür qayalıqdan yıxılaraq həyatını itirib.

Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsi olan mərhum ailənin son beşiyidir. Onun bir bacısı və bir qardaşı var.

4e3c5c41 fd9a 4fbf a169 13ec361aedf6
477866927 122113661606699400 8267585770270887726 n

Paylaş: