ABŞ-ın xarici ölkələrə yardımları dayandırması qlobal sağlamlığa ciddi təsir edir.
Globalinfo.az “Reuters”ə istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
“Yardımların dayandırılması bir sıra xəstəliklərlə mübarizədə çətinlik yaradır. Həll yolları tapılana qədər ABŞ-ı maliyyə yardımı bərpa etmək barədə düşünməyə çağırırıq”, – deyə o qeyd edib.
Qebreyesus ABŞ-ın ÜST-də fəaliyyətini dayandırması ilə Myanmada 60 min insanın tibbi xidmətlərdən məhrum olduğuna diqqət çəkib.
Aysel Əliyeva
Globalinfo.az














