Rusiya Prezidenti Vladimir Putin və Suriya Prezidenti Əhməd əş-Şara arasında telefon danışığı olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Telefon danışığı zamanı Suriyanın hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Putin Suriyanın müstəqilliyinə, ərazi bütövlüyünə dəstəyini bildirib.
Bundan başqa, iki ölkə arasında iqtisadi ticarət, təhsil və digər sahələr üzrə mümkün əməkdaşlıqlar müzakirə olunub.
Aysel Əliyeva
Globalinfo.az