ABŞ-ın Avropadakı müttəfiqləri Ukraynaya dəstək prinsipini dəyişərək, məsələyə yanaşmalarını Prezident Donald Trampın mövqeyi ilə yaxınlaşdırırlar.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Politico” qəzeti çıxış edib.
“Avropada Ukrayna ilə bağlı strategiya Vaşinqtonun mövqeyinə müvafiq olaraq səssiz şəkildə dəyişir. Söhbət “sarsılmaz dəstək” fikrindən uzaqlaşıb, “Kiyevi danışıqlara məcbur etmək” istiqamətinə yönəlməkdən gedir”, – qəzetin məqaləsində qeyd olunur.
Nəşr yazır ki, Trampın Ukraynada müharibənin bitirilməsi ilə bağlı açıqlamaları fonunda Avropa dövlətləri danışıqlarda aparıcı rol oynamaq arzularını nümayiş etdirirlər:
“Bu yeni strategiyanın gələn həftə Münhen Təhlükəsizlik Konfransında özünü göstərəcəyi güman olunur”.
Maraqlıdır ki, bir il əvvəl bu konfransda ABŞ və müttəfiqləri Ukraynaya dəstəklərinin sarsılmaz olacağını deyirdilər. Bununla belə, qəzetin mənbələri konfrans ərəfəsində Vaşinqton və Kiyevin təhlükəsizlik sferasında uzunmüddətli zəmanətləri müzakirə etdiklərini bildirirlər. Lakin bu zəmanətlərin nələr olacağı məlum deyil.
Əliyar Xəlil
Globalinfo.az