“Rusiya Ukrayna ilə bağlı danışıqlara dair konkret təklif almayıb”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “RİA Novosti”yə açıqlamasında deyib.
O, münaqişənin həlli üzrə dialoqla bağlı son xəbərləri şərh edib.
“Qərb və Ukraynanın tezliklə danışıqlara başlayacağı barədə bəyanatları informasiya meydanını qızışdırmaq kimi qəbul edilməlidir”, – Qaluzin deyib.
Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, danışıqlara dair təkliflər Rusiyanın maraqlarına cavab verməli, böhranın əsas səbəblərini aradan qaldırmağa hazırlığı nümayiş etdirməli və yeni reallıqları tanımalıdır.
Əliyar Xəlil
Globalinfo.az














