Moskvada baş verən yanğında xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunur ki, tibbi yardıma ümumilikdə 16 nəfər müraciət edib. Onlardan 5-i xəstəxanaya yerləşdirilib.
**
Moskvada keçmiş zavod binasında baş verən yanğın söndürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Yanğınla bağlı cinayət içi açılıb, araşdırma aparılır.
**
Yanğında xəsarət alanların sayı 5 nəfərə yüksəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Yanğının qısaqapanma səbəbindən baş verdiyi ehtimal olunur.
Alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.
**
20:04
Moskvada keçmiş elektrik zavodunun binası yanır.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bu saata olan məlumata görə, 90 nəfər binadan təxliyə olunub, 3 isə müxtəlif xəsarətlər alıb.
Qeyd edək ki, beşmərtəbəli binanın daxilində emalatxanalar və yaradıcılıq mərkəzləri fəaliyyət göstərir.
Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
Aysel Əliyeva
Globalinfo.az