“Gürcüstanın NATO-ya inteqrasiyası gündəmdə deyil”.
Globalinfo.az “Reporta” istinadla xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
“Bizim kifayət qədər aydın xarici siyasət məqsədlərimiz var. NATO-ya inteqrasiya məsələsinə gəlincə, bu, Qərb ölkələrinin qərarları və yanaşmaları səbəbindən hələ ki gündəmdə deyil”, – Baş nazir deyib.
Kobaxidze qeyd edib ki, Avropa İttifaqına inteqrasiya Gürcüstanın xarici siyasətinin əsas prioriteti olaraq qalır.
Onun sözlərinə görə, 2030-cu ilə qədər Aİ üzvü olmaq hədəfi Gürcüstan üçün əlçatandır. O, əlavə qeyd edib ki, ölkə hər hansı addım atarkən bütün yan təsirləri nəzərə alır.
Aysel Əliyeva
Globalinfo.az