ABŞ Prezidenti Donald Tramp milliyətçi erməni olan Maykl Kavukcyanı Norveçə səfir təyin edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Tramp özü məlumat yayıb.
Kavukcyan Nyu-Yorkdakı “White and Case” hüquq firmasının tərəfdaşıdır. O, dünyanın ən zəngin ailələri, o cümlədə keçmiş sovet respublikalarından olan ailələr üçün vəkillik edib. Onun adı ABŞ-ın ən yaxşı 100 vəkili sırasına daxil edilib.
Kavukcyan həmçinim Mərkəzi Kəşfiyyat İdarəsinin Əməliyyatlar Direktorluğunda operativ zabit vəzifəsində çalışıb.
Onun hazırda Bakıda həbsdə olan Ruben Vardanyanın təsisçisi olduğu “Avrora” Humanitar Missiyasının liderlərindən olduğu deyilir.
Əliyar Xəlil
Globalinfo.az