Gələcəkdə Rusiyanın daha dərin ərazilərindəki aviabazalarına zərbələr endiriləcək.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov deyib.
O, dekabrda Kurskdakı Rusiya bazasına irimiqyaslı hücumun Ukrayna tərəfindən təşkil olunub-olunmamasına aydınlıq gətirməkdən imtina edib.
Kəşfiyyat rəisi həmçinin Krımın Ukrayna ərazisi olduğu üçün Kiyevin burada istənilən silahdan istifadə etmək haqqına sahib olduğunu bildirib.
Qeyd edək ki, keçən ilin dekabrında Rusiyanın Saratov və Ryazandakı aerodromları, daha sonra isə Kurskdakı aerodromu hücuma məruz qalıb.
Aqşin
Globalinfo.az














