Türkiyənin Egey dənizi sahillərində güclü zəlzələ baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, maqnitudası 5 bal gücündə olan zəlzələ 7 kilometr dərinlikdə qeydə alınıb.
Yeraltı təkan İzmirdə də hiss olunub.
Qeyd edək ki, bu, Egey dənizi sahillərində ötən gün ərzində qeydə alınan üçüncü zəlzələdir.