Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın yardımı dayandıra bilmə ehtimalından qorxduğunu etiraf edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Zelenski müsahibəsi zamanı danışıb.
“Mən heç təsəvvür belə etmək istəmirəm ki, müharibə ABŞ-ın yardımı olmadan davam edərsə, nə baş verər. Əminəm ki, biz davam gətirə bilmərik”, – deyə Ukrayna Prezidenti qeyd edib.
Həmçinin o, ABŞ-dan yardımların dayandırılmadığını və davam etdiyini də vurğulayıb.
Aysel Əliyeva
Globalinfo.az














