Şəhla Hüseynli tiktoker “Bəniz”i bağışladı – FOTO

Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - FOTO

Bloger Şəhla Həsənli ilə “Bəniz” ləqəbli tiktoker Aybəniz Xəlilova arasında olan məhkəmə çəkişməsi yekunlaşıb. 

Globalinfo.az bildirir ki, bu barədə Lent.az-a xanım blogerin vəkili Ramil Vəliyev məlumat verib.

Onun sözlərinə görə, müvəkkili Aybəniz Xəlilova barəsində xüsusi ittiham qaydasında şikayətdən imtina edib:

“Şəhla Həsənlinin şikayəti əsasında Xətai rayon Məhkəməsində Aybəniz Xəlilova və Xalid Kərimov barəsində cinayət işi qaldırılıb. Şəhla Həsənli hazırda Aybəniz Xəlilovanın başqa cinayət işi üzrə həbsdə olmasını, azyaşlı övladını nəzərə alaraq, onu bağışladı və şikayətdən imtina etdi”.

Qeyd edək ki, tərəflər arasında məhkəmə artıq 1 ilə yaxındır ki, davam edir.

Belə ki, əldə etdiyimiz məlumata görə, xanım blogerin iddiasına görə, tiktoker “Bəniz” canlı yayımlarında onun qızını ölümlə hədələyib. Eyni zamanda, xanım blogerin ailə üzvlərinin şəkillərini feyk profillə açılmış səhifələrdə paylaşdırıb.

Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ - ÖZƏL

“Bəniz” ləqəbli tiktokerin adı digər bir cinayət işində də keçir.

Onun barəsində 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə – külli miqdarda əmlak tələb etməklə törədildikdə və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə əlavə ittiham elan edilib.

O, sevgilisini 836 min manat pul tələb edərək, şantaj etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib.

Onun barəsində əvvəllər həbs, bir neçə gün sonra isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Tiktokerin əməlindən zərərçəkmiş Xalid Kərimov hüquq-mühafizə orqanlarına müraciət edərək, işin yenidən nəzarətə götürülməsini xahiş edib.