“Avropanın müdafiəsi ABŞ olmadan mümkün deyil”.
Globalinfo.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte deyib.
“NATO və ya digər ad altında fəaliyyət göstərən istənilən təşkilat bir çox səbəbdən dolayı ABŞ olmadan işləyə bilməz”, – deyə Rutte qeyd edib.
O, həmçinin ABŞ və Kanada arasında davam edən gərginliyin NATO-nun müdafiə qabiliyyətinə təsir etməyəcəyinə ümid etdiyini dilə gətirib.
Əliyar Xəlil
Globalinfo.az