Razi Nurullayevdən Siyavuş Novruzova sərt sözlər: “Kişi kimi…”

Razi Nurullayevdən Siyavuş Novruzova sərt sözlər: "Kişi kimi..."

“Mənim hər bir məsələ ilə bağlı öz baxış bucağım var. Sözümü də özüm deyirəm. Hər kəs də bilir ki, hansı cəsarətin sahibiyəm”.

Globalinfo.az xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev həmkarı Siyavuş Novruzova ünvanlayıb.

O bildirib ki, İmişli hadisələri ilə bağlı rayon rəhbərliyi, o cümlədən başçı və polis rəisi ilə müzakirələr aparıb.

“Həbsdə olanların azadlığa çıxması ilə bağlı da əlimizdən gələni edirik və edəcəyik. Amma Siyavuş Novruzovun bugünkü çıxışında “İmişli deputatatları ilə söhbət etmişəm, onlar mənə deyib…” fikri kökündən yanlış idi. Sözü demək istəyirsiniz, kişi kimi deyin, başqalarının kölgəsinə ehtiyac duymayın! Siyavuş müəllim, bu cür yanlışlıq etməklə, özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz. Çox təəssüf edirəm! Zəng etdim götürmədiniz, məcbur qalıb burada yazmalı oldum”, – R.Nurullayev qeyd edib.

Zaira Akifqızı
Globalinfo.az