Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə birbaşa danışıqlara qadağa qoymaqla ölkəsində separatizmi dayandırdığını açıqlayıb. O bildirib ki, qadağadan əvvəl Ukrayna, Aİ və ABŞ deputatları vasitəsilə Ukraynanın müstəqilliyinə təsir edə biləcək “kölgə danışıqlar dəhlizi” var idi.
Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Zelenskinin fikrincə, sözügedən təklif ölkənin müstəqilliyinə təhdid yarada bilərdi:
“Zelenski danışıqların qadağan edilməsinin özünə şamil edilmədiyini vurğulayıb. Bu vaxta qədər Rusiya ilə danışıqların başlaması haqqında qərar qəbul olunarsa, Zelenskinin iki yolu görünürdü. Danışıqlara qoyulan qadağanı ləğv etmək və ya Ukrayna tərəfindən danışıqların ABŞ və Aİ təmsilçiləri ilə aparılması. Bu çıxış yollarının heç biri Ukrayna prezidentini qane etmədiyindən o, qadağanın özünə aid olmadığını əsaslandırmağa çalışır”.
Politoloq bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Zelenskini legitim prezident hesab etmir:
“Putin bunu əsas götürərək onunla danışıq aparmayacağını bəyan edib. ABŞ-da isə tamam fərqli düşünürlər. Orada atəşkəs əldə olunan kimi prezident seçkisinin keçirilməsinin vacibliyini vurğulayırlar”.
Turan Rzayev
Globalinfo.az