Moldovanın Qaqauziya Muxtar ərazisinin rəhbəri Yevgeniya Qutsul Kişinyov hava limanında saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Moldovanın Birinci telekanalı məlumat yayıb.
“Yevgeniya Qutsul Kişinyov hava limanında heç bir izahat verilmədən əlavə yoxlama üçün saxlanılıb”, -məlumatda deyilir.
Qeyd edilib ki, Qutsul Kişinyov hava limanında əlavə yoxlanışdan sonra ölkəyə buraxılıb.
Əliyar Xəlil