679e4dd8dce8e679e4dd8dce8f1738427864679e4dd8dce8c679e4dd8dce8d

Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Bakı-Xudat reysi üzrə hərəkət edən avtobus yük avtomobili ilə toqquşub.

Nəticədə sərnişinlərdən biri xəsarət alıb. O, təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya aparılıb.

Sərnişin avtobusuna da ciddi ziyan dəyib. Qəza zamanı avtobusda 51 sərnişin olub.

Faktla bağlı araşdırma aparılır.

Bakı-Xudat marşrut avtobusu yük avtomobili ilə toqquşub, yaralanan var - FOTO

Paylaş: