“Sabah səhərdən hökumətin nəqliyyat siyasətini boykot etməyə başlayacağıq”.
Globalinfo.az xəbər verir ki, bunu İrəvanın keçmiş meri Ayk Marutyan deyib.
O bildirib ki, insanlar nəqliyyatda gediş haqqının artırılmasına qarşı çıxacaqlar və “100 dram” tələbini irəli sürəcəklər.
Xatırladaq ki, yanvarın 31-də İrəvan meriyası gediş haqqının 150 dram müəyyən edilməsi ilə bağlı qərar qəbul edib. Bildirilib ki, bununla bərabər vahid bilet sisteminin paketləri də qüvvədə olacaq. Qərarın lehinə 33 nəfər səs verib.
Müşviq Tofiqoğlu
Globalinfo.az














