Tehranda çirkli hava səbəbindən orta məktəblərdə dərslər dayandırılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Havanın kirlilik səviyyəsi normanı ötdüyündən universitetlər istisna olmaqla, bütün təhsil müəssisələri bağlanıb.
Dərslər distant formada davam etdiriləcək.
Qeyd edək ki, Tehranda hər il qış fəslində havanın keyfiyyəti pisləşir.
Əliyar Xəlil
Globalinfo.az