990f51c0dcb307981a00ffc50851ab7b

Gələn həftənin çərşənbə günü ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında görüş olacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Bildirilib ki, liderlər arasında iki görüşün keçiriləcəyi planlaşdırılır. Tramp və Netanyahu işgüzar görüşdən sonra qeyri-rəsmi şam yeməyi üçün bir araya gələcəklər.

Görüş Qəzzada 15 ay davam edən münaqişəyə müvəqqəti fasilə gətirən altıhəftəlik atəşkəs fonunda baş tutacaq.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: