1207131

“Biz Naxçıvanla Azərbaycanın qərb rayonları arasında maneəsiz əlaqənin olmasının əleyhinə deyilik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

Baş nazir bunun Ermənistanın yurisdikasiyası daxilində mümkün olduğunu bildirib:

“Biz Azərbaycana bu məsələ ilə bağlı konkret təklif göndərdik. Dedik ki, Naxçıvanla quru yolu üzərindən Azərbaycana və əksinə dəmir yolu fəaliyyət göstərsin. Burada hər iki ölkənin maraqları nəzərə alınsın. Keçidin məhz Meğri vasitəsilə təmin olunmasını təklif etdik. Çünki Tavuş və Haqartsidən keçən dəmir yolu zədələnib və bərpası ciddi investisiya tələb edir. Ən ucuz və münasib variant Meğridən keçən dəmir yoludur. Beləliklə Naxçıvanla əlaqə üçün Yerarsxdan Meğriyə, beynəlxalq ticarət daşınmaları üçün isə Ermənistan və Azərbaycan ərazilərindən keçid təmin edilsin. Əvvəlcə yük daşımaları həyata keçiriləcək. Daha sonra münasibətlər qaydasına düşdükdə isə sərnişin daşınmaları nəzərdə tutula bilər. İndi bu təklifimizə Azərbaycandan müsbət cavab gözləyirik”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: