ABŞ-da erməni və yunan lobbisinin əsas siması olan keçmiş senator Bob Menendez 11 il həbs cəzasına məhkum edilib.
Globalinfo.az xəbər verir ki, Menendezin məhkəməsinin detalları üzə çıxıb.
Keçmiş senatorun vəkili Adam Fee ittihamların onun nüfuzuna ciddi zərər vurduğunu bildirib və yüngül cəza tədbirinin görülməsini tələb edib. Məlumata görə, Menendez qərarın uzunmüddətli həbs olacağını bildikdə məhkəmə zalında ağlayıb və mərhəmət diləyib. O, ABŞ Prezidenti Donald Trampın fikirlərinin doğru olduğunu, ölkədə məhkəmə sistemində qanun pozuntularına yol verildiyini bildirib. Keçmiş senator Trampın onu əfv edəcəyinə ümid bəslədiyini söyləyib.
Qeyd edək ki, B.Menendez rüşvət, onlayn dələduzluq, xarici qüvvələrə casusluq və ədalətə mane olma kimi ittihamlar üzrə günahkar bilinib. O, ABŞ-da erməni və yunan lobisinin uzun illərdir ən böyük dəstəkçisi və siması hesab olunur. Menendez ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində Azərbaycan və Türkiyəyə dəstəklə bağlı qərarlara mane olur, həmçinin 2 il müddətində Vaşinqtonun Bakıya səfir təyinatının gecikməsində adı çəkilirdi.
Ayşən Mustafa
Globalinfo.az














