90abd18d d93f 3da4 83df 4e732684df84 850

“Panama kanalının mülkiyyəti ilə bağlı ABŞ-la danışıqlar aparılmayıb”.

Globalinfo.az xəbər verir ki, bunu Panama Prezidenti Xose Raul Mulino deyib.

O bildirib ki, ABŞ dövlət katibi Marko Rubionun səfəri diqqəti ümumi maraqlara, o cümlədən miqrasiya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə yönəltməyə imkan verəcək.

Kanalın ABŞ-ın nəzarətinə qaytarılması ilə bağlı suala Mulino belə cavab verib:

“Bu mümkün deyil. Mən bu barədə danışıqlar apara bilmərəm. Kanal Panamaya məxsusdur. İstədiyim tək şey masanın üstündəki qarışıqlığı təmizləmək və immiqrasiya, təhlükəsizlik və narkotik ticarəti kimi mövzularda ABŞ-la çox səmimi danışa bilməkdir”, – Mulino vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: