“Günahkar odur” – Tramp təyyarə qəzasının səbəbkarını açıqladı

 

“Günahkar odur” – Tramp təyyarə qəzasının səbəbkarını açıqladı

ABŞ Prezidenti Donald Tramp təyyarə qəzasının mümkün səbəblərini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Prezidentin ehtimalına görə, hərbi helikopterin pilotlarının gecə eynəkləri görməni çətinləşdirib və nəticədə sərnişin təyyarəsi ilə toqquşma qaçılmaz olub.

“Gecə eynəkləri görüntünü təhrif edə bilir. Odur ki, hadisənin məhz bu səbəbdən baş vermə ehtimalı yüksəkdir”, – deyə Tramp qeyd edib.

Həmçinin o, helikopterin “yanlış zamanda yanlış yerdə” olduğunu da deyib.

Xatırladaq ki, Vaşinqtonda göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğu sərnişin təyyarəsi hərbi helikopterlə toqquşub. Hadisə zamanı xilas olanların olmadığı deyilir.

Əliyar Xəlil
Globalinfo.az