rusiya ukrayna belarusbayraqjpg 1646135438

Avropalı məmurlar Rusiyanın boru kəməri ilə qazının alışını yeniləmək barədə müzakirə başladıblar.

Globalinfo.az xəbər verir ki, məlumatı “Financial Times” (FT) üç mənbəsinə istinadən yayıb.

Məlumata görə, ideyanın tərəfdarları Rusiyanın bununla Ukrayna ilə danışıqlar masasına oturacağını düşünürlər. Onlar belə addımın Avropada enerji daşıyıcılarının qiymətini aşağı düşürəcəyini hesab edirlər.

Qəzet yazır ki, boru kəmərləri ilə qaz alınması ideyasını Almaniya, Macarıstan və bəzi Aİ üzvlərindən bir sıra vəzifəlilər dəstəkləyiblər. FT-yə danışan mənbələrdən biri bu yanaşmanın Şərqi Avropadakı ölkələrin və Brüsselin kəskin etirazına səbəb olduğunu bildirib. Mövcud vəziyyət həmçinin ABŞ-dan Avropaya sıxılmış qaz ixrac edən şirkətlərə də neqativ təsir edib.

Qeyd edək ki, hazırda Rusiyanın Aİ qaz bazarında payı 5%-dir. 2022-ci ildə bu göstərici 45% idi.

Paylaş: