63b1c67f9788163b1c67f97882167259507163b1c67f9787d63b1c67f9787e

Gəncədə yaşayış binasında baş verən yanğın mənzillərdən birindəki mətbəxdən başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

“Dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzildə mətbəxin yanar konstruksiyaları 6 m² sahədə və 1 ədəd kondisioner yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub”, – deyə məlumatda qeyd olunub.

Nazirlikdən verilən xəbərə görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib.

Globalinfo.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin 102 adlanan ərazisindəki dördmərtəbəli yaşayış binasında qeydə alınıb.

İlkin məlumata görə, yanğın binanın 4-cü mərtəbəsində baş verib.

Binaya verilən elektirik enerjisi dayandırılıb və sakinlər təxliyə edilib.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub.

Yaşayış binasında baş verən yanğın söndürülüb.

Hadisə ilə əlaqədar dayandırılan elektrik enerjisi bərpa olunub.

63b1c7e4709a063b1c7e4709a1167259542863b1c7e47099b63b1c7e47099e 63b1d08c669a763b1d08c669a8167259764463b1d08c669a363b1d08c669a5 63b1c7e47cd6563b1c7e47cd66167259542863b1c7e47cd6363b1c7e47cd64

Paylaş: